Proqramda qadın və gənc sahibkarlara, həmçinin biznes resurslarına və əlaqələrə çıxışı məhdud olan şəxslərə üstünlük veriləcək. Bu qruplara şəhid ailələrinin üzvləri, fiziki imkanları məhdud şəxslər və pensiyaçılar da daxildir.
“Biznesdə birlikdə” proqramı “Birbank”, “Birmarket”, “m10” və “Milliön” platformalarını birləşdirən rəqəmsal ekosistem üzərindən həyata keçiriləcək. İştirakçıların “Birmarket” platformasına qoşulması nəzərdə tutulur. Bu, mikro sahibkarlara məhsullarını daha geniş müştəri bazasına təqdim etmək, onlayn satış imkanlarını artırmaq və yeni bazarlara çıxmaq üçün əlavə kanal yarada bilər.
Proqram üzrə dəstəyin 2026-cı ilin oktyabrından başlanması planlaşdırılır. Proqramın şərtləri, iştirak meyarları və qeydiyyat imkanları ilə “Bir”in rəsmi səhifəsində tanış olmaq olar.
Mənbə: APA — xəbərin tam mətni