Vergi və mühasibatlıq üzrə praktik rəqəmsal həllər

Rəqəmlərdə dəqiqlik,
qərarlarda əminlik.

Vergi, mühasibatlıq və əmək haqqı proseslərini daha aydın, düzgün və sistemli idarə etməyinizə dəstək oluruq.

10+ İl təcrübə
100+ Məmnun müştəri
10+ Xidmət sahəsi
100% Məxfilik və etibar
Vergi, mühasibatlıq və kadr işlərinin dəqiq uçotdan əmin qərarlara keçidini göstərən qrafik

Biznesiniz üçün praktik və sistemli həllər

Vergi, mühasibatlıq, və kadr proseslərini daha düzgün qurmaq üçün ehtiyacınıza uyğun dəstək.

Vergi uçotu

Vergi uçotu

Vergi öhdəliklərinin düzgün idarə edilməsi və hesabatların vaxtında hazırlanması.

Ətraflı məlumat
  • Biznesə ilk addımlarını atanlar üçün uçotun qurulması;
  • Artıq vergilərdən yayınmaq üçün düzgün vergi mükəlləfiyyətinin təyin olunması;
  • Gündəlik əməliyyatların fasiləsiz işlənməsi;
  • Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılması;
  • Vergi bəyannamələrinin vaxtında və dəqiq təqdim olunması;
  • Bank hesablarının işlənilməsi və uçotda əks etdirilməsi;
  • Sahibkar üçün sadə və anlaşılan hesabatların hazırlanması.
Mühasibat uçotu

Mühasibat uçotu

Dəqiq uçot və aydın maliyyə hesabatları ilə gündəlik qərarlarınızı asanlaşdırırıq.

Ətraflı məlumat
  • KOB-ların (SME) IFRS standartları əsasında maliyyə hesabatlarının tərtibi;
  • İnventar və əsas vəsaitlərin idarə edilməsi və amortizasiya siyasətinin qurulması;
  • Borcların və pul vəsaitlərinin idarə edilməsi;
  • Xərclərin planlaşdırılması və nəzarəti.
Kadr kargüzarlığı

Kadr kargüzarlığı

Əmək müqavilələri, məzuniyyət və kadr sənədlərinin sistemli aparılması.

Ətraflı məlumat
  • Əmək müqavilələrinin qeydiyyatı və xitam olunması;
  • İşçilərin məzuniyyət uçotunun aparılması;
  • Ezamiyyələrin sənədləşdirilməsi və xərclərin idarə olunması;
  • Vahid rüblük hesabatın tərtib olunması.
Hüquq xidmətləri

Hüquq xidmətləri

Biznesin hüquqi sənədləri və gündəlik hüquqi məsələləri üzrə praktik dəstək.

Ətraflı məlumat
  • Müəssisənin yaradılması, alğı-satqısı üzrə əməliyyatların aparılması;
  • Müəssisələrin təsis sənədlərində dəyişikliklər üzrə sənədlərin tərtibi;
  • Borclar üzrə iddia müddətlərinin izlənilməsi və vaxtı bitmiş borclar üzrə zəruri addımların atılması;
  • Digər vergi hüququ üzrə xidmətlər.
Məsləhət xidmətləri

Məsləhət xidmətləri

Vergi, mühasibatlıq və kadr məsələlərində qərar verməyə kömək edən izahlar.

Ətraflı məlumat
  • Vergi və mühasibatlıq sahələri üzrə məsləhət xidmətləri;
  • Kard kargüzarlığı sahəsi üzrə məsləhət xidmətləri.
Digər xidmətlər

Digər xidmətlər

Proqram, idxal və anbar uçotu kimi əlavə proseslərin qurulmasına dəstək.

Ətraflı məlumat
  • Müəssisədə proqram təminatının qurulması və şirkətin uçot siyasətinə uyğunlaşdırılması;
  • İdxal əməliyyatları, SWIFT ödənişlər, logistikanın təşkili, gömrük bəyannamələri və A-dan Z-ə idxal prosesinin idarə olunması;
  • Dövlət və özəl sektor üçün tenderlərə sənədlərin hazırlanması və təkliflərin təqdim edilməsi;
  • Malların müəssisə daxilindəki hərəkətinin təşkili, anbar uçotunun qurulması.

Sahənizə uyğun maliyyə həlləri

Vergi, mühasibatlıq və kadr proseslərini fəaliyyət sahənizin ehtiyaclarına uyğun qururuq.

İstehsal
İstehsal Xərc uçotu, maliyyə nəzarəti və vergi öhdəliklərinin sistemli idarə edilməsi.
Ətraflı məlumat
  • İstehsal xərclərinin məhsul və fəaliyyət mərhələləri üzrə sistemləşdirilməsi;
  • Anbar, material və əsas vəsait hərəkətinin sənədlərlə əlaqələndirilməsi;
  • Vergi hesabatları və əsas maliyyə göstəricilərinin dövri izlənməsinə dəstək.
Ticarət
Ticarət Satış, alış, anbar və vergi uçotunun düzgün təşkili.
Ətraflı məlumat
  • Satış, alış, kassa və bank əməliyyatlarının düzgün sənədləşdirilməsi;
  • Malların hərəkəti, qalıqlar və maya dəyəri üzrə uçotun aparılması;
  • Vergi öhdəlikləri və dövri hesabatların hazırlanmasına dəstək.
Xidmət
Xidmət Gəlir, xərc və əmək haqqı prosesləri üçün çevik maliyyə dəstəyi.
Ətraflı məlumat
  • Xidmət gəlirlərinin və gündəlik xərclərin aydın şəkildə qruplaşdırılması;
  • Əmək haqqı və kadr sənədlərinin uçot prosesləri ilə əlaqələndirilməsi;
  • İdarəetmə qərarları üçün əsas maliyyə məlumatlarının hazırlanmasına dəstək.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı Mövsümi fəaliyyətə uyğun uçot, vergi və maliyyə nəzarəti.
Ətraflı məlumat
  • Mövsümi gəlir və xərclərin fəaliyyət dövrləri üzrə izlənməsi;
  • Təchizat, alış və ehtiyatların sənədləşdirilməsi və uçotu;
  • Fəaliyyətə uyğun vergi öhdəliklərinin vaxtında qiymətləndirilməsinə dəstək.
Turizm və ictimai iaşə
Turizm və ictimai iaşə Gəlir, xərc və gündəlik əməliyyatların aydın uçotu.
Ətraflı məlumat
  • Gündəlik satış, kassa və bank əməliyyatlarının sistemləşdirilməsi;
  • Ərzaq, material və digər alışların uçot və sənədləşdirilməsinə dəstək;
  • Əmək haqqı, vergi və dövri hesabat proseslərinin izlənməsi.
Texnologiya xidmətləri
Texnologiya xidmətləri Rəqəmsal biznes üçün müasir uçot və vergi proseslərinə dəstək.
Ətraflı məlumat
  • Rəqəmsal xidmət və layihələr üzrə gəlir-xərc məlumatlarının qruplaşdırılması;
  • Elektron sənədləşmə və ödəniş məlumatlarının uçot prosesinə uyğunlaşdırılması;
  • Vergi, mühasibatlıq və əmək haqqı məsələləri üzrə praktik dəstək.
Tikinti və daşınmaz əmlak
Tikinti və daşınmaz əmlak Layihə xərcləri, podratçı hesablaşmaları və vergi sənədlərinin vahid uçotu.
Ətraflı məlumat
  • Layihə büdcəsi ilə faktiki xərclərin mərhələlər üzrə izlənməsi;
  • Podratçı hesablaşmaları, görülmüş iş aktları və ilkin sənədlərin sistemləşdirilməsi;
  • Vergi öhdəlikləri, hesabat müddətləri və pul axınının izlənməsinə dəstək.
Nəqliyyat və logistika
Nəqliyyat və logistika Reys, yanacaq, avtopark və anbar əməliyyatlarının aydın maliyyə uçotu.
Ətraflı məlumat
  • Yanacaq, servis və daşınma xərclərinin nəqliyyat vasitələri və marşrutlar üzrə qruplaşdırılması;
  • Daşıma sənədləri, anbar hərəkəti və podratçı hesablaşmalarının uzlaşdırılması;
  • İdxal, gömrük xərcləri, pul axını və vergi hesabatlarının izlənməsinə dəstək.
Səhiyyə və klinikalar
Səhiyyə və klinikalar Xidmət gəlirləri, material xərcləri və əmək haqqı proseslərinin sistemli uçotu.
Ətraflı məlumat
  • Gəlirlərin xidmət növləri və filiallar üzrə izlənməsi;
  • Dərman və tibbi material ehtiyatları, alış və silinmə sənədlərinin uçotu;
  • Əmək haqqı, kadr sənədləri və vergi hesabatları üzrə dəstək.

Biz sizə hansı dəyərləri qatırıq?

Məqsədimiz yalnız hesabat hazırlamaq deyil. Maliyyə və vergi məlumatlarını biznesiniz üçün aydın, sistemli və qərarvermədə istifadə edilə bilən formaya gətiririk.

Aydın maliyyə görünüşü

Gəlir, xərc, öhdəlik və əsas maliyyə məlumatları daha aydın görünür.

Vergi proseslərinə nəzarət

Vergi hesabatları, ödənişlər və sənədləşmə proseslərinin vaxtında izlənməsinə dəstək oluruq.

Düzgün sənədləşmə

Gündəlik əməliyyatların, müqavilələrin və maliyyə sənədlərinin daha sistemli aparılmasına kömək edirik.

Əmək haqqı və kadr rahatlığı

Əmək haqqı hesablamaları, kadr sənədləri və əmək münasibətləri üzrə prosesləri sadələşdiririk.

Əsaslandırılmış qərarlar

Rəqəmləri yalnız təqdim etmir, onların biznes qərarları üçün nə ifadə etdiyini izah edirik.

Sistemli biznes idarəetməsi

Maliyyə, vergi və uçot prosesləri bir-biri ilə əlaqəli və daha idarəolunan şəkildə qurulur.

Əməkdaşlığa necə başlayırıq?

  1. Ehtiyacınızı öyrənirik

    İlk öncə fəaliyyət sahənizi, iş yükünüzü, mövcud vəziyyətinizi və hansı dəstəyə ehtiyacınız olduğunu öyrənirik.

  2. İşin əhatəsini və təklifi razılaşdırırıq

    İkinci mərhələdə təqdim etdiyimiz xidmət əhatəsini və qiymət təklifini birlikdə nəzərdən keçirir, hər kəs üçün sərfəli olan düsturu əsas götürürük.

  3. Məlumat və sənədlərin təhvilinə başlayırıq

    Bu mərhələdə əsasən təsdiqlənmiş elektron sənədlərlə işləməyə üstünlük veririk. Bu, həm işlərin sürətini artırır, həm də məlumatlara real vaxt rejimində çıxış əldə etməyə imkan yaradır.

  4. Razılaşdırılmış işlərə və hesabatlara başlayırıq

    Sonuncu mərhələdə məsuliyyətimizi dərk edirik, razılaşdırılmış işlərə dərhal başlayırıq və hesabat təqviminə uyğun hərəkət edirik.

Autsorsinq və konsaltinq xidmətlərinin faydaları

Autsorsinq

Əsas fəaliyyətinizə daha çox fokus

Mühasibatlıq, vergi və kadr proseslərini ixtisaslaşmış komandaya həvalə etmək gündəlik iş yükünü bölüşməyə, prosesləri sistemli aparmağa və daxili resursları biznesin əsas məqsədlərinə yönəltməyə imkan verir.

Konsultasiya

Vacib qərarlara daha aydın baxış

Peşəkar konsultasiya mövcud vəziyyəti kənar baxışla qiymətləndirməyə, risk və imkanları görməyə, seçimləri müqayisə edib növbəti addımları faktlara əsasən planlamağa kömək edir.

Yeni xəbərlər

Biznes, vergi və maliyyə sahəsində yeni yazılarımızla tanış olun.

Pulsuz konsultasiya

Pulsuz konsultasiya üçün indi əlaqə saxlayın!

Əlaqə saxla